|
|
|
|
Əməkdar müəllim
Mübarək
AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədova
Altı onilliyi vurdunuz başa,
Tarixdir ömrünüz, Yusif müəllim!
Bahar təravəti gətirib qışa
Yubiley gününüz, Yusif müəllim!
Çətin ay, xoş məqam hey düşür yada -
Olur silinməyən iz, professor!
Müxbir üzvlükdən əvvəlki ada
Çoxdan layiqsiniz, siz, professor!
Riyazi fizika - sanki lirika,
Ürfansevərləri duyğulandırır;
Gör neçə istedad, təfəkkür, zəka
Ondan köz götürüb - çıraq yandırır.
İstanbul, Moskva, Afina, Zəncan,
Şiraz qarşılayıb dost alim kimi...
Ey gözəl ziyalı, xeyirxah insan,
Tanınmış "Əməkdar elm xadimi"!
Xalqın dahisi də, xalqın mərdi də,
Bir olsa - əbədi zəfər çalarıq;
Nəinki Şuşanı, Dəstəgirdi də
Geriyə qaytarıb, qisas alarıq!
Müəllim-tələbə heyəti daim
Möhkəm alqışlayır öz rektorunu;
Kəskin sözünüzü mən də eşitdim:
"Gərək xəbisliyin ovulsun burnu!"
Altı onilliyi vurdunuz başa,
Tarixdir ömrünüz, Yusif müəllim!
Bahar təravəti gətirib qışa
Yubiley gününüz, Yusif müəllim!