Təhsil Nazirliyi tərəfindən müasir təminatlı yeni peşə-tədris mərkəzləri və kompleksləri yaradılacaq.
Təhsil naziri Misir Mərdanovun 525.az-a verdiyi məlumata görə, cəmiyyətin tələbləri nəzərə alınmaqla ilk peşə-ixtisas təhsili müəssisələri üçün müasir kompetensiyaları əks etdirən təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi də nəzərdə tutulub:
“Nazirlik ilk peşə-ixtisas təhsili sahəsində dövlət-biznes partnyorluğu sisteminin yaradılması istiqamətində işlər aparır. Bununla yanaşı peşə-tədris mərkəzlərində yaşından asılı olmayaraq hər bir insanın bilik, fərdi qabiliyyətlərinin inkişafı, yeni peşəyə, ixtisasa yiyələnməsi üçün xüsusi resurs, təlim və inkişaf mərkəzlərinin yaradılması da nəzərdə tutulub”.
S.QARAYEVA