"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehlə görüşüb.
İdarədən 525.az-a bildirilib ki, görüşdə Azərbaycan və İordaniya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, tarixi abidələrin qorunub-saxlanılması və bərpa-konservasiyası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
İordaniyanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Petra və Amman şəhərlərinin bələdiyyələri ilə "İçərişəhər" DTMQİ-si arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı turist axınının yaradılması və turistlər üçün xüsusi turizm paketlərin təşkili qərara alınıb.