Sentyabrın 15-i ölkədə Bilik Günüdür. Həmin gün Azərbaycanın bütün məktəblərində bayram tədbirləri keçiriləcək.
Bu barədə 525.az-a özəl açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
Nazir bildirib ki, 15 sentyabr - Bilik Günü şənbə gününə düşdüyündən nazirliyə yeni dərs ilinin nə vaxt başlayacağı ilə bağlı çoxsaylı müraciətlər olur. Təhsil Nazirliyi rəsmi olaraq bildirir ki, 15 sentyabr ölkədə Bilik Günüdür. 15 sentyabr tədrisi 6 günlük olan məktəblərdə rəsmi dərs günüdür. Tədrisi 5 günlük olan məktəblərin hər birində də bayram tədbirləri keçirildiyi üçün bütün müəllimlərin və şagirdlərin məktəbdə olması zəruridir.
S.QARAYEVA