Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, imtahan respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunur.
İmtahan bu gün bütün binalarda eyni vaxtda saat 12:00-da başlanacaq və 2 saat müddətində aparılacaq. İmtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb.
Prosesin idarə edilməsinə 40 imtahan rəhbəri, 351 zal nəzarətçisi cəlb olunub. İmtahan Bakı şəhərində 7, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhərlərinin hər birində 1 binada təşkil olunacaq.