Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi: general-mayor Hilal Mirzəli oğlu Əsədov general-mayor Əli Sabir oğlu Şəfiyev
general-mayor ali hərbi rütbəsi: polkovnik Tarverdi Məmməd oğlu Məmmədov.
Prezidentin digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, xüsusilə ağır cinayət işlərinin istintaqının aparılmasında fərqləndiklərinə görə təltif ediliblər:
3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:
Həsənov Elşən Bəşir oğlu - polkovnik Sayılov Şahin Ənvər oğlu - polkovnik
«Vətən uğrunda» medalı ilə:
Bağırov Fariz Nəriman oğlu - polkovnik Həsənov İlham Məhəbbət oğlu - polkovnik-leytenant Mirzəyev Məzahir Vahid oğlu - polkovnik-leytenant Oruclu Elmidar Lətif oğlu - mayor Rəhimov İmran Məhəmməd oğlu - polkovnik-leytenant Şıxəliyev Mövlam Məmmədismayıl oğlu - general-mayor
«İgidliyə görə» medalı ilə: Əliyev Elçin Ərsalan oğlu - general-mayor Əliyev Tərlan Əşrəf oğlu - mayor Mahmudov Suad Fuad oğlu - polkovnik-leytenant
«Hərbi xidmətlərə görə» medalı ilə: Abdullayev Rüfət Kazım oğlu - kapitan Ağasiyev Əmiraslan Seyidqulu oğlu - polkovnik Babatov Tehran İbad oğlu - polkovnik Babayev Elşən İsmayıl oğlu - polkovnik-leytenant Əliyev Akif Oktay oğlu - mayor İsgəndərov Araz Ələddin oğlu - polkovnik-leytenant Quliyev Fəxrəddin Azay oğlu - mayor Məmmədov Afin Qalabəyi oğlu - kapitan Rəhimov Farid Talib oğlu - kapitan Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor