Batumidə yeni açılan fontan-qüllədən su əvəzinə gürcü çaçası (üzüm arağı) axacaq.
525.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, çaça həftədə 1 dəfə 15 dəqiqə axacaq. Açılışda iştrak edən Batumi şəhərinin meri Cemal Ananidze və Acarıstan Muxtar Respublikasının rəhbəri Levan Varşalomidze bildiriblər ki, bu layihə turistlərin diqqətini cəlb etmək üçün nəzərdə tutulub.
Batumi meriyası 25 metr hündürlüyü olan "Çaça Tauer"in reallaşmasına 490 min dollar xərc çəkib.