Aprelin 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərində, muzeylərdə və qoruqlarda “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar “Açıq qapı” günü elan edilib.
Lent.az-ın məlumatına görə, həmin gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Gənc turist” klublarının üzvləri üçün Sankt-Peterburqdakı dünya şöhrətli “Ermitaj” muzeyinə virtual ekskursiya təşkil ediləcək.