Dünən Danimarkanın paytaxdı Kopenhagendə “Eurovision 2014” müsabiqəsinin ilk yarımfinalı baş tutub.
Axşam.az-ın məlumatına görə, 16 iştirakçının çıxış etdiyi səhnəyə təmsilçimiz Dilarə Kazımova 8-ci olaraq çıxıb. “B&W Hallerne” səhnəsində “Start a fire” mahnısını oxuyan Dilarənin şousu və ifası alqışlarla qarşılanıb. Səsvermələr də ifaçımızın bəyənildiyini sübut edib. Belə ki, Dilarə Kazımova finala vəsiqə qazanan 10 təmsilçidən biri olub.
Gecədə Latviya, Estoniya, Albaniya, Belçika, Moldova, Portuqaliya təmsilçiləri finala keçə bilməyib.
Finala vəsiqə qazananların siyahısını təqdim edirik:
1. İsveç - Sanna Nilsen
2.Macarıstan - Andras Kallay Sonders
3.Rusiya - Tolmaçova bacıları
4. Azərbaycan – Dilarə Kazımova
5. Ermənistan - Aram Sərkisyan
6. Ukrayna - Mariya Yaremçuk
7. San - Marino - Valentina Monetta
8. Monteneqro - Sergey Çetkoviç
9. Niderland - İlze Delanj və Ueylona dueti
10.İslandiya - “Pollapönk” qrupu
Müsabiqənin ikinci yarımfinalı mayın 8-də baş tutacaq. Həmin gün çıxış edəcək ölkələr bunlardır:
Malta - “Fireligt” qrupu
İsrail - Mey Feynqold
Norveç - Karl Espen Turbyornsen
Gürcüstan - “Shin” qrupu və Mariko Ebralidze
Polşa - Donatan və Kleo dueti
Avstriya - Konçita Vurst
Litva - Viliya Mataçyunayte
Finlandiya - “Softengine” qrupu
İrlandiya - Can-Linn və Keysi Smit dueti
Belarus - Yuri Vaşçuk (Teo)
Makedoniya - Tiyana Dapçeviç
İsveçrə - Sebalter
Yunanıstan - “Freaky Fortune” qrupu və Riskykidd
Sloveniya - Tinkara Kovaç
Rumıniya - Paula Selinq və Ovi Martin dueti.
Finala (10 may) birbaşa vəsiqə alan iştirakçılar isə bunlardır:
Almaniya - “Elaiza” qrupu, Britaniya - Molli, Danimarka - Basim, Fransa - “Twin Twin” qrupu, İspaniya - Rut Lorenso, İtaliya - Emma Marrone.
Finala vəsiqə qazanan iştirakçılar daha sonra mətbuat konfransına qatılıblar. Gecədə ilk sual Dilarə Kazımovaya verilib. "Finalda alov yandıracaqsan" sualına təmsilçimiz "Finalda ən gözəl şounu göstərəcəm" deyə cavab verib.