Azərbaycan prezidenti İlham Əliyev Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“APA-Economics”in məlumatına görə, Neftçala rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Neftçala Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.