Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, ticarət dövriyyəsinin artırılmasının önəmi qeyd edilib.
Söhbət zamanı A.Ulyukayevin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığı bildirilib, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.