|
|
|
|
“İraq Şam İslam Dövləti” (İŞİD) Türkiyənin Mosuldakı Baş Konsulluğuna basqın edərək girov götürdüyü Türkiyə vətəndaşlarını Mosul valisinə (qubernator) təhvil verib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Qəzet bildirir ki, İŞİD-in valilik binasında saxladığı girovlar valinin evinə aparılacaq. Girovların bu gün axşam Türkiyəyə təhvil verilməsi gözlənilir.
Qeyd edək ki, İŞİD iyunun 11-də Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna hücum edərək baş konsul Öztürk Yılmaz da daxil olmaqla, 49 Türkiyə vətəndaşını girov götürmüşdü.