İraqda “İraq Şam İslam Dövləti” yaraqlılarının törətdiyi terror təhlükəsi artdığından BMT Bağdaddakı nümayəndəliyinin əməkdaşlarını İordaniyaya köçürüb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda qurum baş katibi təmsilçisinin müavini Fərxan Hak açıqlama verib: “Əməkdaşların daşınması bu gün də (iyunun 17-də -red.) davam edib. Ancaq köçürülənlərlə bağlı dəqiq rəqəm deyə bilmərəm”.
Xatırladaq ki, iyunun 16-da BMT Bağdadda və onun ətrafında fəaliyyət göstərən nümayəndəliklərindən 58 əcnəbi işçisini köçürüb. Onlar İordaniyanın paytaxtı Ammanda yerləşdirilib.
Məlumata əsasən, iyunun 15-dək BMT-nin Bağdad rayonlarındakı təmsilçiliklərində 200-ə yaxın xarici ölkə vətəndaşı işləyirmiş.