Azərbaycanın qərb bölgəsində cüzam xəstəliyinə yoluxanların sayı azalıb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasından verilən məlumata görə, əvvəlki dövrlərlə müqayisədə bu xəstəliyə tutulanların sayı təxminən 10 faiz azalıb.
Xəstəxananın həkimi Azad İsmayılovun bildirdiyinə görə, 2013-cü ildən Gəncə və ətraf rayonlarda 20-dək cüzamlı xəstə qeydiyyata alınıb: "Xəstəlik əvvəlcə əlamətini göstərmir. Əlamətlər üzə çıxanda bizə müraciət edirlər, biz də dərhal onları Bakıya göndəririk".