Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.
*** 13:08
Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərinin hamısının adı məlum olub.
APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:
- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu - Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov - Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov - Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov - Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov - Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov - Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov - Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.