“Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı Səhiyyə Nazirliyində araşdırma başlanılıb”.
Bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, hadisə sentyabrın 23-də axşam Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib Yevlax rayon sakini 25 yaşlı Manafova Aynur Məhərrəm qızı doğuş zamanı həyatını itirib.
Nazirlikdən məsələnin komisiya tərəfindən araşdırıldığı və uzun proses olduğu deyilib. Məsələ ilə bağlı araşdırmalar yekunlaşandan sonra açıqlama veriləcək.