Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb, şimal küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-14, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: Noyabrın 15-də Abşeron yarımadasında buludlu, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 16-17-də oksigenlə daha zəngin və təmiz havaların üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.