"Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov maraqlı açıqlama ilə çıxış etdi. O, kommunikasiyanın Gürcüstan ərazisi vasitəsilə baş tutmasını mümkün hesab etsə də, tam təsdiqləyici münasibət bildirməyib". Bu barədə mətbuata açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, o, Avrasiya İqtisadi İttifaqına (Aİİ) Ermənistan arasında kommunikasiya məsələsinin Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakı ilə noyabrda Tbilisidə müzakirə olunacağını əlavə edib.
M.Əhmədoğlu hesab edir ki, Türkiyənin və ya İranın Ermənistanla Aİİ arasında tranzit ərazisi olması sadəcə formallıqdır: "Rusiya prizmasında Ermənistanla ən etibarlı kommunikasiya Azərbaycandan keçən kommunikasiyadır. Azərbaycan sabit siyasət aparır. Bu istiqamətdə Azərbaycanın kifayət qədər resursu var. Azərbaycan siyasətini müstəqil aparır. İmzaladığı müqavilələrə sadiqdir. Əgər Rusiya ilə Azərbaycan arasında Ermənistana tranzit barədə müqavilə imzalanarsa, bu, şəksiz fəaliyyət göstərəcəkdir. Lakin belə müqavilənin imzalanması üçün Ermənistanın Azərbaycan torpaqlarının işğalından imtina etməsi lazımdır. Azərbaycan torpaqları işğal altında qaldıqca Rusiyanın Ermənistana verdiyi qazın bir qisminin Dağlıq Qarabağa nəql olunması da hüquqi problem yaradır. Ona görə Rusiya qətiyyətli addım atmaqla həm Azərbaycan ərazisi vasitəsilə Ermənistana etibarlı kommunikasiya əldə edir, həm də Dağlıq Qarabağa qaz nəqli məsələsində hüquqi sənəd əldə edə bilir. Bunun əks üzü Rusiya üçün həm kommunikasiya, həm də Dağlıq Qarabağa qaz nəqli məsələsində iki iri problem qazanmaq deməkdir".
Politoloqun fikrincə, Gürcüstan Aİİ-lə Ermənistan arasında tranzit rolunu oynaya bilməz. Bu Gürcüstanın apardığı siyasətə ziddir. Onun sözlərinə görə, Gürcüstan çox qazanmaq istəyir: "Öz ərazisində Rusiyadan Ermənistana keçən qazın tranzitinə müəyyənləşdirdiyi tarif dünyada ən yüksək tariflərdən biridir. Ermənistan yüklərinin keçməsi üçün aşağı tarif müəyyənləşdirəcəksə, bu, Azərbaycanın reaksiyasına səbəb olacaq. Azərbaycan Gürcüstanla əlaqələrində müəyyən dəyişikliklər edə bilər. Digər tərəfdən Gürcüstan Aİİ-yə qarşı siyasi mübarizə aparması da daha çox ehtimal olunandır. Rusiya-Gürcüstan münasibətlərinin yaxın gələcəyini heç kim proqnozlaşdıra bilməz. Belyaninovun açıqlamasında daha iki maraqlı parametr var. Birincisi, o yenicə təyin etdiyi xüsusi nümayəndəsinin Ermənistanla Dağlıq Qarabağ arasındakı gömrük məntəqəsinə baş çəkəcəyini bildirdi. Bununla da Ermənistanla Dağlıq Qarabağ arasında Gömrük məntəqəsinin fəaliyyətə başlaması istiqamətində praktiki işlərin getdiyini təsdiq etdi".
Politoloq bildirib ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın da açıqlamalarından Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin tikildiyini başa düşmək olur. Diqqətçəkən digər məqam: "Ermənistanın-Azərbaycan, Ermənistan-Gürcüstan sərhədlərini də əhatə edən
Pərvanə