Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən səsvermə prosesi başa çatıb.
APA-nın məlumatına görə, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib.
Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.