“Ermənilər ona görə qorxur ki, Azərbaycanın BMT çərçivəsində hərtərəfli fəaliyyəti nəticəsində ölkəmizin nüfuzu gündən-günə artır”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev jurnalistlərə açıqlamasında deyib.
Y. Əliyev bildirib ki, bu gün Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması ölkə prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasətin bariz nümunəsidir: “Biz bilirik ki, məhz BMT ermənilər üçün qorxulu və böyük bir təhlükə olan yerdir. Ona görə onlar var qüvvələri ilə çalışırlar ki, BMT-də Qarabağ məsələsi müzakirə olunmasın”.
Səfir Azərbaycan düz yolda olduğunu, öz hədəfinə çatacağını vurğulayıb