|
|
|
|
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhhəmmədov 2014-cü ilin yekunları ilə bağlı keçirilən hökumətin iclasında 11 məmura töhmət elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək vəzifəli məmurlardan 3-nə şiddətli töhmət verilməklə yanaşı qısa müddətdə işlərində yol verdikləri çatışmazlıqların öhdəsindən gəlməzlərsə, vəzifələrindən çıxarılacaqları barədə xəbərdarlıq da edilib. Bu Türkmənistanın baş nazirinin müavini Annaməhəmməd Qoçiev, iqtisadiyyat və maliyyə sahələrinə nəzarət edən su nəqliyyatı naziri Seitmırat Taqanov və dövlət heyvandarlıq birliyinin sədri Amanmuhəmməd Mıradovdur.
2014-cü ilin yekunlarına görə prezidentdən töhmət alan digər məmurlar kənd təsərrüfatı naziri Annageldi Yazmıradov, maliyyə naziri Muhəmmədqulu Muhəmmədov, iqtisadi inkişaf naziri Vela Abdılhəkimov, təhsil naziri Gülşat Məmmədova, səhiyyə və tibb sənayesi naziri Nurməhəmməd Amannapesov, Dövlət Baş Vergi Xidmətinin rəhbəri Şatlık Xummedov və Aşqabad şəhərinin meri Rəcəbgəldi Nurməmmədovdur.