Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 101-ci il dönümünə həsr olunmuş “Müstəqil dövlətimizin qurucusu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları Gəncənin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gülllər qoyub, müasir dövlətçiliyimizin memarının əziz xatirəsinə ehtiram bildiriblər.
AMEA Gəncə Bölməsinin dəyirmi salonunda keçirilən görüşdə giriş sözü ilə çıxış edən AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin formalaşdırılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb. O, həmçinin xüsusi olaraq vurğulayıb ki, respublikamızın ikinci şəhəri Gəncənin, onun sənayesi, mədəniyyəti, təhsili, səhiyyəsi və digər vacib sahələrinin daim inkişafda olmasının təmin edilməsi məhz Ulu Öndərin strateji düşüncə və əməlinin nəticəsidir. Akademik Fuad Əliyev bu xüsusda, qərb bölgəsinin davamlı inkişafının elmi əsaslarla qurulması üçün Gəncədə çoxşaxəli istiqamətləri əhatə edən elmi mərkəzin qurulmasına Ulu Öndərin tarixi töhfə verdiyini qeyd edib.
Sonra dəyirmi masada “Azərbaycan nizamişünaslığının inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri”, “ Heydər Əliyev müasir tariximizin yaradıcısıdır”, “Heydər Əliyevin elm və təhsilə göstərdiyi qayğı”, “Heydər Əliyev və Gəncənin İnkişaflında yeni mərhələ” və “Ulu Öndərlə bağlılə bağlı Gəncədə yaşayan həzin xatirələrdən biri: Mən Gəncədə çinar əkəcəyəm” mövzularında çıxış lar dinlənilib.
Dəyirmi masanın yekununda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbir iştirakçılarına minnətdarlıq bildirərək, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyasının bu günümümzdə onun layiqli davamçısı, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına cavab verən şəkildə davam etdirildiyini qeyd edib və bu yolda ziyalılarımızın həmrəyliyinin vacib olduğunu vurğulayıb.
Zakir Muradov,
Gəncə