Qubanın dəniz səviyyəsindən 2200 m hündürlükdə yerləşən Qırız kəndinə və onun ətrafındaki dağ massivlərinə qar yağıb.
Qırız kənd sakinlərinin verdiyi məlumata görə, qarın yağması bu il gecikib.
Keçən il oktyabrın 1-də kəndə güclü qar yağmışdısa, bu il kəndə bir neçə gün əvvəl 10-15 sm qalınlığında qar yağıb.
Quba Ərazi Hidrometrelogiya Müəssəsindən ANS TV-nin şimal bürosuna verilən məlumata görə, yaxın günlər də şimal bölgəsinə qarın yağması gözlənilmir.