https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Azərbaycanlı müğənni beynəlxalq festivalda

Azərbaycanlı müğənni beynəlxalq festivalda

İsrailin Qüds şəhərində Beynəlxalq “Jerusalem Sacred Music Festival” musiqi festivalı keçirilib.

525.az xəbər verir ki, bu mötəbər sənət müsabiqəsində Azərbaycanı Əməkdar artist Sevda Ələkbərzadə təmsil edib. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, Argentina, Avstraliya, Bolqarıstan, Yunanıstan, Fransa və digər ölkələri təmsil edən ifaçılar çıxış ediblər.

Festival çərçivəsində S.Ələkbərzadə 2 min illik tarixi olan qədim mağarada geniş konsert proqramı ilə çıxış edib. Müğənni konsertdə “Şəbi-Hicran”, “Sevdalı dünya”, “Gül açdı”, musiqi albomlarından ən sevilən mahnılarını səsləndirib. Müğənnini konsertdə məşhur Mark Eliyaxın ansamblı müşayiət edib. Təşkilatçılar ən gözəl konsertlər sırasında Azərbaycanın adını xüsusilə vurğulayıblar.

S.Ələkbərzadənin solo ifasında səslənən muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.
Müğənni bundan əvvəl də ABŞ, Belarus, Böyük Britaniya, Fransa, İtaliya və digər ölkələrdə keçirilmiş beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edib.

 

GÜNEL

 

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.