İmişli rayonunda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib.
525.az-ın məlumatına görə, "Hədəf" nəşrlərinin İmişli rayonu üzrə nümayəndəsi Fikrət Hüseynlinin təşəbbüsü ilə keçirilən tədbirdə İmişli rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, o cümlədən, təhsil şöbəsinin müdiri Ramiz Əmirov iştirak edib.
Bundan başqa, tədbirə əvvəllər hərbi jurnalist olmuş, hərbi mahnıların ifaçısı Şəmistan Əlizamanlı da qatılıb. çıxışçılardan sonra qonaq mahnılar oxuyub, gəncləri vətənpərvərliyə səsləyib.