Milli Məclisin keçmiş üzvü, Elşad Abdullayevlə məlum video qalmaqalına görə deputat mandatından imtina etmiş Gülər Əhmədova Yeni Azərbaycan Partiyasından çıxarılıb.
Bu barədə APA-ya YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.
H. Paşayevin sözlərinə görə, G. Əhmədovanın partiyadan çıxarılması barədə qərar YAP-ın Zahid Xəlilov ərazi ilk təşkilatının dekabrın 14-də keçirilmiş yığıncağında qəbul edilib.