https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
search
26 Aprel 2024

"Cütün taleyini ilk oyunda həll etmək istəyirik"

"Cütün taleyini ilk oyunda həll etmək istəyirik"

"İlk dəqiqələrdən kəşfiyyata üstünlük verməyəcəyik. Rəqibə hörmətlə yanaşırıq, ancaq qorxmuruq".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Atletik"in futbolçusu Mikel San Joze deyib.

26 yaşlı müdafiəçisi Avropa Liqasının III təsnifat mərhələsində sabah qarşılaşacaqları "İnter"lə ilk görüşdə cütün taleyini həll etməyə çalışacaqlarını bildirib:
 
"İnter"i çox az tanıyırıq. Onların "Hafnarfyordur"la oyunlarının videoyazılarını izləmişik. Rəqibimiz çətin komandadır. "İnter"in bu mərhələdə "Atletik" kimi komanda ilə qarşılaşması onlar üçün yaxşı nəticələnməyə bilər. Məqsədimiz də top buraxmadan qalib gəlmək və cütün taleyini elə ilk oyunda həll etməkdir. Hazırda yaxşı formadayıq və sabah öz oyunumuzu sərgiləməyə çalışacağıq. Təbii ki, nəticə önəmlidir. Ancaq mövsümün ilk matçında əsas olan komandanın yaxşı çıxış etməsidir".

Qeyd edək ki, sabah Bilbaoda keçiriləcək "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.