https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
search
26 Aprel 2024

“Qarabağ”ın oyunu yayımlanmaya bilər

“Qarabağ”ın oyunu yayımlanmaya bilər

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Seltik” – “Qarabağ” oyununun Azərbaycanda yayımı baş tutmaya bilər.

Qol.Az-ın xəbərinə görə, bu haqda “İdman Azərbaycan” kanalının rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilir ki, matç Azərbaycan dövlət televiziyası ilə canlı yayımlanmalı idi.

“Artıq bununla bağlı qarşı tərəflə danışıqlar aparılmış və ilkin razılıq əldə olunmuşdu. Hətta oyunun göstəriləcəyi ilə bağlı anons da hazırlanmışdı. Ancaq yayım baş tutmaya bilər. Belə ki, Şotlandiya təmsilçisi son anda qarşılaşmanın yayım hüququnu satmaqdan imtina edib. Şotlandlar səbəb kimi çox gülünc məntiqə əsaslanırlar. Onlar guya Azərbaycanda internet saytlarının qanunsuz olaraq “İdman Azərbaycan” kanalını onlayn olaraq öz səhifələrində yerləşdirilməsini əsas gətirərək qarşılaşmanın ölkəmizdə göstərilməsini istəmirlər. Belə olan təqdirdə "Seltik" tərəfi Şotlandiyada da görüşün bu saytlar vasitəsilə izləniləcəyini qanunsuz hesab edir.
 
“İdman Azərbaycan” kanalı hazırda oyunun canlı yayımlanması üçün Şotlandiya klubu, habelə oyunu həmin ölkədə yayımlayacaq telekanalla danışıqları davam etdirir. Ancaq telekanal rəhbərliyi onu da bildirir ki, əgər "Seltik" rəhbərliyi oyunun yayım hüququnu Azərbaycan televiziyasına verməkdən imtina etsə, o zaman artıq AzTV-dən asılı olmayan səbəblər üzündən “Seltik” – “Qarabağ” matçı canlı göstərilməyəcək.

Yayımın baş tutmamasına görə, bütün məsuliyyət "Seltik" klubunun üzərinə düşür” – deyə məlumatda bildirilir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.