Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dünyanın bir sıra bölgələrində yaradılmış müharibə ocaqları və son zamanlar növbəti qaçqın-köçkün ordusunun yaranması ilə bağlı Qərb ölkələrini yenidən tənqid hədəfinə alıb.
Gün.Az xəbər verir ki, PA rəsmisi özünün “twitter” mikrobloqunda yazıb ki, qaçqın-köçkün düşən insanlar məhz onların ölkələrinin həyatına kənar müdaxilələr nəticəsində bu acı aqibətlə üzləşməli olublar.
“Bir şey tam aydındır: əgər bu ölkələrin həyatına müxtəlif müdaxilələr olmasaydı, onların sabitliyi, təhlükəsizliyi bu dərəcədə pozulmasaydı, əhalini dinc, sakit yaşamağa qoysaydılar, insanlar heç vaxt öz doğma yurd-yuvalarını tərk etməzdilər” - deyə, N.Məmmədov qeyd edib.