Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində, Xocavənd rayonunun işgal olunmuş Kuropatkino, Tərtər rayonunun Qızıloba; Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında; Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.