Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
525.az-ın məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.