Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin olunması və Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, fərman dərc edilib və noyabrın 28-də qüvvəyə minib.
Fərmanla müəyyən edilmiş tədbirlər ləğv edilənədək sənədin qüvvədə qalması nəzərdə tutulur.
Bundan başqa, Putin Türkiyədən müəyyən növ malların Rusiyaya gətirilməsinə qadağa qoyulmasına dair göstəriş verib.
Məlumata görə, qadağan olunmuş malların (Avrasiya İqtisadi İttifaqının qaydalarının icazə verdiyi şəxsi istifadə üçün həcmlər istisna olunmaqla) siyahısı Rusiya hökuməti tərəfindən tərtib edilir.