Türkiyənin İstanbul şəhərindəki “Qalatasaray” universitetində yanğın baş verib.
525.az-ın Türkiyə mediasına istinadən verdiiy məlumata görə, universitetin Ortaköy rayonundakı tarixi taxta binasında başlayan yanğın dama çatıb. Hadisə yerinə cəlb edilən Sarıyer, Beşiktaş, Şişli və Beyoğlu rayonlarının yanğından mühafizə briqadaları yanğını söndürüblər.