Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib.
"Japan Tobacco International" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.
Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.
"Ucuzlaşmaya səbəb istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bunun nəticəsində istehlakçılar daha ucuz siqaretlər əldə etməyə çalışırlar ki, onların əksəriyyəti qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir", - deyə şirkət rəsmisi qeyd edib.