Bakıda 2 ay ərzində bağlı qalmış yol nəqliyyatın hərəkəti üçün açılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən və sürüşmə səbəbindən bağlanmış avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb. Yolun 20-ci sahə dairəsindən “Bəyoğlu” restoranı arasındakı hissəsi tamamilə açıqdır.
Qeyd edək ki, keçən ilin dekabr ayında Badamdarda, yamac ərazidə baş vermiş sürüşmədən sonra bu yol qeyri-müəyyən vaxtadək bağlanmışdı.