“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi təmas xəttində yaranan vəziyyəti diqqətli şəkildə izləyir”.
APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə KTMT baş katibi Nikolay Bordyuja bildirib.
“Quruma üzv dövlətlərin bununla bağlı mövqeyi dəfələrlə bəyan edilib: atəş dayandırılmalı və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Aydın olan bir məsələ var: hamıya ancaq sülh lazımdır”, - deyə o, söyləyib.
Baş katib əlavə edib ki, bu münaqişə mövcud beynəlxalq mexanizmlər çərçivəsində ancaq siyasi yollarla həll edilməlidir.
Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.