Türkiyənin Star televiziyasında yayımlanan "Yetenek Sizsiniz Türkiye" yarışmasında azərbaycanlı reper "Nato" (Afiq Novruzov) əsl şou göstərib.
525.az-ın məlumatına görə, reper çıxışında Bakının görməli yerlərini orijinal şəkildə nümayiş etdirib. Münsiflər heyətinin "əsl final şousu" adlandırdğı çıxış tamaşaçılardan 82 faizi müsbət rəy toplayıb. Beləliklə, Nato yarımfinala adlayıb.