ABŞ ATƏT-in Minsk qrupundakı yeni həmsədrinin kim olacağını hələlik müəyyənləşdirməyib.
ANS PRESS-in məlumatıan görə, bunu keçirilən birifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib.
Onun sözlərinə görə, hazırda baş katib Con Kerri məsələ ilə bağlı namizədlərin siyahısını nəzərdən keçirir: "Ağ evlə məsləhətləşmələr keçirildikdən sonra yeni həmsədr təyin olunacaq".
Qeyd edək ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri Yen Kellidir.