Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şirvanlı və Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.