|
|
|
|
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.
Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib.
Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən, 1960-cı il təvəllüdlü Etibar Abdulla oğlu Əliyev xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, E. Əliyev 2012-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 15 müddətinə azadlıqdan məhrum edilib.