"Beynəlxalq bankın 5 filialı, o cümlədən, Qazax və Şəki filialları barədə cinayət işinin istintaqı davam etdirilir".
APA-nın xəbərinə görə, məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub:
"Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb".
K. Əliyev qeyd edib ki, ötən il valyuta mübadilələsi qaydalarının pozulması iıə bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb.