https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Acun: "Corab yumaq ağılsızlıqdır"

Acun: "Corab yumaq ağılsızlıqdır"
Kanal D-də yayımlanan "Genç Bakış" proqramının qonağı olan aparıcı Acun Ilıcalı tələbələrin suallarını cavablandırıb.

525.az bir çox layihələri ilə Azərbaycanda da məşhur olan aparıcının maraqlı cavablarını təqdim edir:

- Doğrudur, mən corab yumuram. Çünki bir corab uzağı 1 TL-dir. Ayda 30 TL-ni ödəyə bildiyim üçün, corab yumaq mənə ağılsızlıq kimi görünür. Bir dəfə geydiyim corabı daha geymirəm.

- "Twitter" əsl məqsədini aşan meydandır. İnsanlar yazdığının məsuliyyətini daşımadığı müddətcə "twitter"i aktiv işlətmək fikrim yoxdur.

- Mən aparıcıyam və hər mövsüm başlayanda televiziya ilə razılaşmaq üçün danışırıq. Bu il Show TV ilə razılaşa bilmədim, ona görə Star TV-yə keçdim. Başqa heç bir şey... Mənim də işçilərim var, şirkətimin gələcəyini düşünməliyəm.

- Sevilmək, tanınmaq çox gözəldir. Amma bəzən deyirəm ki, kaş, bu qədər məşhur olmayaydım, bir yerə gedəndə heç kim mənə baxmayaydı. Lakin məşhur olmağı özüm istədim, indi də cəzasını ödəyirəm.

- Ölkəmizdə fikir azadlığı mövzusunda heç bir təzyiq görmürəm. Düşüncə azadlığı olmalıdır, amma biz çox həssas ölkədə yaşayırıq. Bu azadlığın da mütləq bir limiti olmalıdır. Məsələn, mənim hər hansı axmaq fikrim ola bilər, fikir azadlığı naminə mən onu müdafiə etməliyəm?

- Şəhidlər həssas mövzudur. İndi oturduğumuz yerdən bu haqda danışmaq çox cəsarətli görünər. Hökumətin bu sahədəki siyasətini təhlil etmək mənlik deyil.

- Van zəlzələsində bir məktəb söz vermişdim. O məktəb hazırdı, gələn həftə açılışa gedəcəyəm.

- 7 il universitet oxumuşam. Ona görə ağlım həmişə universitetdədir. Hərdən universitet yoldaşlarımla görüşürəm, təxmini hamımız eyni işləri görürük deyə universiteti heç unutmamışam. Universitetlər Türkiyənin ürəyidir.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.