Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, Ramiz Mehdiyev bu ordenə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə layiq görülüb.