Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 29-da İsmayıllıda vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, qəbula Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar qatılacaq.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.