Bu gün saat 11:35 radələrində Bakı Metropoliteni sərnişinləri təşvişə salıb. ANS TV-nin xüsusi müxbirinin verdiyi məlumata görə, metronun “Elmlər Akademiyası” stansiyasında elektrik enerjisi kəsilib. Nəticədə sərnişinlər təşvişə düşüb.
İşıqlar təxminən 5 dəqiqə yanmayıb. Sonradan elektrik enerjisi verilsə də, eskalatorlar işləməyib. Sərnişinlər isə həyəcan və təşviş içərisində eskalatorları piyada qalxıblar.