"Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan da aşağıdır".
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın Qaz ixrac idarəsinin rəisinin birinci müavini Nazim Səmədzadə bildirib.
"Xarici ölkələrin magistral qaz kəmərlərində texniki itki 1%-ə qədərdir. Azərbaycanda isə bu göstərici 0,5%-dən də aşağıdır.
Adambaşına qaz istehlakı ilə bağlı hesablama aparsaq, digər ölkələrdən yüksək rəqəm alarıq", - deyə o bildirib.