../img/pics/medium/88103_zc874uyhld.jpeg Lənkəranda müəllim dərsi replə keçdi - Video
../img/pics/medium/88078_gamuusq40b.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
../img/pics/medium/88086_qn5pskal99.jpg Karasin: "Dağlıq Qarabağ ümumi ağrımızdır"
../img/pics/medium/88074_vs9cdv6fo9.jpg Baş prokurorla bağlı dediyim bir fikrə sözardı - Rəşad Məcid yazır
SON XƏBƏRLƏR
27 May 2017
26 May 2017

Azərbaycanlı aparıcı Vyanada gözəllik müsabiqəsinin qalibi oldu

Azərbaycanlı aparıcı Vyanada gözəllik müsabiqəsinin qalibi oldu <b style="color:red"></b>

“Lider TV”nin aparıcısı Səhər Əkbər Vyana şəhərinin “Austria Trend Royal Park Vienna Hotel”ində keçirilən “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Bunu Axşam.az-a “Miss Union” müsabiqəsinin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi Gülnarə Xəlilova deyib.

Dildora Curayeva (Özbəkistan) birinci vitse-miss, Yuliya Qranovili (Yunanıstan) ikinci vitse-miss, Anna Kankiya (Gürcüstan) “Miss Online” və “Miss Photo Model”, Yekaterina Reykova (Ukrayna) “Miss tamaşaçı simpatiyası” və “Miss Fashion” adlarına layiq görülüblər.

Müsabiqədə Azərbaycan, ABŞ, Avstriya, Almaniya, Yunanıstan, Gürcüstan, Kipr, Livan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, İndoneziya və digər ölkələrin nümayəndələri iştirak ediblər. S.Əkbər müsabiqədə Gülnarə Xəlilova Moda Evinin geyimlərində iştirak edib.

G.Xəlilova bildirib ki, müsabiqə yüksək səviyyədə keçirilib, bütün iştirakçılar və münsiflər heyəti bir ailə kimi olub, bir-birilərini dəstəkləyiblər:
 
“Azərbaycanı bu qələbə münasibəti ilə təbrik edirəm. Qələbə Avropanın ən qədim və gözəl şəhərlərinin birində, möhtəşəm arxitekturası olan və aralarında Motsart, Bethoven, Qaydn, Şubert, Mendel və Freydin olduğu alim və incəsənət xadimlərindən ibarət məşhurlar ordusunun vətəni Vyanada layiqli şəkildə qazanılıb”.

Münsiflər heyətinin tərkibinə müsabiqənin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Yunanıstandakı rəsmi nümayəndəsi və milli direktoru Gözəl Hansen, Almaniyadakı rəsmi nümayəndəsi Lara Ta, Gürcüstandakı milli direktoru və rəsmi nümayəndəsi Maya Xutsişvili, Birləşmiş Ərəb Əmirliklərindəki milli direktoru Maryan Makram daxil olublar. Sosial şəbəkələrdə irəliləyiş üzrə menecer Fərrux Seyfullayevdir (Özbəkistan). “Miss Union” müsabiqəsinin baş direktoru və qurucusu Gülnarə Məhəmmədovadır (Özbəkistan).

“Miss Union” öz mədəniyyətini və ənənələrini zərifliklə uyğunlaşdıraraq müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir və müsabiqə iştirakçıları üçün ölkələrini ənənələr, gözəllik və mehribanlıq məcmusu qismində təmsil etmək imkanıdır. Müsabiqənin əsas devizi: “Dünyanı gözəllik xilas edəcək”. Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir – xarici görünüş, milli mədəniyyətin və intellektual bacarıqların təqdimatı.

Xatırladaq ki, “Miss Union 2016”nın finalı avqustda Bakıda keçirilib. Müsabiqənin qalibi gürcüstanlı Maya Amaşukeli olub.


 
Bölmənin digər xəbərləri
“İşte benim stilim “İşte benim stilim"in qalibi bəlli oldu
“TV8”də yayımlanan “İşte benim stilim”in finalı baş tutub. ...
27.05.17
Bülənt Ərsoyu ilan vurdu Bülənt Ərsoyu ilan vurdu
Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyu ilan vurub....
26.05.17
Hülya Koçyiğit əməliyyat olundu Hülya Koçyiğit əməliyyat olundu
Xərçəng diaqnozu qoyulan türkiyəli aktrisa Hülya Koçyiğit əməliyyat olunub. ...
23.05.17
“Maşın Şou”nun büdcəsi açıqlandı “Maşın Şou”nun büdcəsi açıqlandı
“M Group Production”ın komandası “Maşın Şou”nun 14-cü mövsümünə hazırlaşır. ...
20.05.17
Lalə Məmmədova konsert verəcək Lalə Məmmədova konsert verəcək
Əməkdar artist Lalə Məmmədova solo konsert proqramı ilə çıxış edəcək....
12.05.17
Oğuzhan Koç evlənir Oğuzhan Koç evlənir
"3 Adam"ın aparıcılarından olan aktyor İbrahim Büyükak proqramdakı tərəf müqabili və dostu Oğuzhan Koçun evlənəcəyini deyib....
01.05.17
Rihannanın Rihannanın "Kraliça" paylaşımı tənqid olundu
Barbadoslu müğənni Rihanna İnstaqram səhifəsində paylaşdığı fotolarla tənqidlərə məruz qalıb. ...
27.04.17
Tarkan Bakı konsertindən nə qədər qazanacaq? Tarkan Bakı konsertindən nə qədər qazanacaq?
Müğənni Tarkan "Formula 1" yarışlarının açılış günü Bakıda konsert verəcək. ...
24.04.17
Məşhur amerikalı müğənni öldü Məşhur amerikalı müğənni öldü
Soul janrı mahnılarının ifaçısı Kyuba Qudinq ölüb....
21.04.17
Ermənilərdən Eldar Qasımova qarşı təxribat Ermənilərdən Eldar Qasımova qarşı təxribat
“Eurovision 2011” qalibi Eldar Qasımovun İnstaqram səhifəsindəki paylaşımlar hər kəsi təəccübləndirib....
14.04.17
İrina Şeyk ana oldu İrina Şeyk ana oldu
31 yaşlı model İrina Şeyk ana olub. ...
10.04.17
Ajda Pekkan səhnədən gedir Ajda Pekkan səhnədən gedir
Türkiyə musiqi tarixində böyük yeri olan Ajda Pekkan səhnəni tərk edir. ...
08.04.17
Cennifer Lopez ərə gedir? Cennifer Lopez ərə gedir?
Müğənni Cennifer Lopez və beyzbolçu sevgilisi Aleks Rodrigez yenidən Nyu-Yorkda görünüblər. ...
04.04.17
"Müsəlman olmağımla fəxr edirəm"
Model Bella Hadid "Porter" jurnalı üçün kamera qarşısına keçib. ...
04.04.17
Əfsanəvi amerikalı musiqiçi vəfat etdi Əfsanəvi amerikalı musiqiçi vəfat etdi
Əfsanəvi amerikalı rok-n-roll ifaçısı Çak Berri 91 yaşında ABŞ-da vəfat edib....
19.03.17
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.