ABŞ-da keçən ay Boston şəhərində baş verən partlayışdan sonra daha bir hücum şoku yaşanır.
525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Nyu Orleans şəhərində Analar Gününü qeyd etmək üçün keçirilən parad qana bulanıb.
Polisin verdiyi məlumata görə, yerli vaxtla saat 13:45-də Frençmen küçəsindən keçən parad dəstəsinə atəş açılıb.
Nəticədə 19 nəfər yaralanıb. Yaralılardan yeddisi qadın, ikisi isə uşaqdır.
Polis hadisəni törətdiyi düşünülən üç nəfərin hadisə yerindən qaçarkən görüldüyünü açıqlayıb.