Türkiyənin Ağrı vilayətində ağır yol qəzası baş verib.
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, hadisə Palandökən kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, ağır tonnajlı yük maşının daşıdığı qaldırıcı kran mikroavtobusun üstünə düşüb.
Qəza nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.