Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlanıb.
525.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən Forumun proqramını təqdim edirik.
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun PROQRAMI 28 may-1 iyun 2013 1. Dünya xalqlarının etnik və ənənəvi musiqisinə dair filmlərin nümayiş olunacağı IMZ World Music Film Festivalı. Dənizkənarı Milli Park - Kukla teatrının arxası, saat 21:00-23:30. 29 may 2013 2. Tolerantlıq Mərkəzinin təqdimat mərasimi. Bakı Biznes Mərkəzi, saat 13:00-16:00. 3. Mətbuat konfransı. JW Marriott Absheron Baku Hoteli Xocasən zalı, saat 17:00-18:00. 4. BMT-nin Ümumdünya Müxtəliflik Gününün qeyd olunması şərəfinə "Mədəni müxtəliflik üçün bir şey et" qlobal kampaniyasına həsr olunan mərasim. Dənizkənarı Milli Park - Qız Qalası ilə üzbəüz, saat 20:30-22:00. 30 may 2013 5. Forumun təntənəli açılış mərasimi (xüsusi dəvət ilə). "Dünyanın gələcəyini birgə necə quraq?" Heydər Əliyev Mərkəzinin əsas zalı, saat 10:30-12:00. 6. Plenar Sessiya 1:"Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr, davamlı gələcək". JW Marriott Absheron Baku Oteli, Şərq zalı 1, saat 15:00-16:30. 7. İşçi Sessiya 1: "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər". JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 15:00- 6:30. 8. Plenar Sessiya 2: "Qloballaşmanın Yeni Erası: Dəyişən dünyada mədəniyyətdə hibritləşmə". JW Marriott Absheron Baku Oteli, Şərq zalı 1, saat 16:30-18:00. 9. İşçi Sessiya 2: "Qərb-Müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa". JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 16:30-18:00. 10. İşçi Sessiya 3: "21-ci əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması". JW Marriott Absheron Baku Oteli, Hövsan zalı, saat 16:30-18:00. 31 may 3013 11. BMT-nin Sivilizasiyalar Alyansının "İnkişaf etməkdə olan Liderlər" proqramının 1-ci Məzunlar Sammiti. Park İnn Oteli, Dan Ulduzu zalı, saat 09:00-16:30. 12. Ümumdünya Forumu 1-ci Nazirlər Görüşü. 1-ci sessiya: "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?" 2-ci sessiya: "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm". JW Marriott Absheron Baku Oteli, Şərq Zalı 2, saat 10:00-13:00. 13. İşçi Sessiya 4: "Turizm-insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı rolunda". JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 09:30-11:00. 14. İşçi Sessiya 5: "21-ci əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması". JW Marriott Absheron Baku Oteli, Hövsan zalı, saat 09:30-11:00. 15. İşçi Sessiya 6: "Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu". JW Marriott Absheron Baku Oteli, Xırdalan zalı, saat 09:30-11:00. 16. İşçi Sessiya 7: "Qlobal Vətəndaşlıq: Mədəniyyətlərarası fəaliyyətlərə doğru". JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 11:30-13:00. 17. İşçi Sessiya 8: "Mədəniyyətlərarası dialoq: Etiqad və Elm". JW Marriott Absheron Baku Oteli, Hövsan zalı, saat 11:30-13:00. 18. İşçi Sessiya 9: "Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi". JW Marriott Absheron Baku Oteli, Əmircan zalı, saat 11:30-13:00. 19. Plenar Sessiya 3: "Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?". JW Marriott Absheron Baku Oteli, Şərq zalı 1, saat 14:30-16:00. 20. Tarixçilər və elm adamlarından ibarət Qlobal Şəbəkənin görüşü. JW Marriott Absheron Baku Oteli, Əmircan zalı, saat 14:30-16:00. 21. Bağlanış mərasimi. JW Marriott Absheron Baku Oteli, Şərq zalı 1, saat 16:30-17:30. 22. Mətbuat konfransı. JW Marriott Absheron Baku Oteli, Xocasən zalı, saat 17:30-18:00. 23. "Qobustan kölgələri" baletinin nümayişi. Qobustan Milli Tarixi-Bədii Qoruğu, saat 20:30-22:00. 1 iyun 2013 24. "Czech Pomegranate" ("Çexiya süleyman daşı") adlı sərginin açılışı. Milli Azərbaycan Tarixi Muzeyi, saat 10:00. 25. Butoh rəqs ustası Ko Murobushinin "Atəş" rəqs ifasının nümayişi. Yanardağ, saat 22:00.